Sahil Babayevin yeni müşaviri kimdir? - DOSYE


Xəbər verdiyimiz kimi, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bayramov Anar Məhərrəm oğlunu özünə müşavir təyin edib.
Yeniavaz.com
xəbər verir ki, Sahil Babayevin yeni müşaviri bu vəzifəyə qədər “A-Group” Sığorta Şirkətinin direktoru olub.
Məlumat üçün bildirək ki, Anar Bayramov 1975-ci ildə Bakıda anadan olub. 1991-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub. Tibb Universitetinin Daxili xəstəliklər və Reanimatologiya kafedrasının kliniki ordinatoru, sonradan aspirantı kimi çalışıb. 1998-ci ildən “MediClub” klinikasında həkim vəzifəsində çalışıb. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. 2002-ci ildən “A-Group” Sığorta Şirkətinin baş tibbi eksperti vəzifəsində çalışıb. Həmin ildən baş direktorun müavini, 2004-cü ildən baş direktor təyin edilib.
2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirərək İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistr dərəcəsini alıb. 2009-cu ildən “A-Group” Sığorta Şirkətinin İdarə Heyətinin Sədridir.
Bundan başqa 2006 – 2014-cü illərdə Azərbaycan Sığortaçilar Assosiasiyasinin Tibbi Sığorta Komitəsinin sədri olub.

DİGƏR XƏBƏRLƏR

Top