Bayden müsəlmanları Quran ayəsi ilə təbrik etdi


ABŞ prezidenti Co Bayden bütün müsəlmanları Ramazan ayı münasibətilə təbrik edib.
Yeniavaz.com
xəbər verir ki, Bayden təbriki öz tviter hesabından edib: “Həyat yoldaşım Cil və mən ABŞ-da, eləcə də bütün dünyada məskunlaşan müsəlmanları səmimi qəlbdən təbrik edir və xoş arzularımı bildirirəm. Xeyirli Ramazanlar!”
Co Bayden müsəlmanların müqəddəs kitabı Qurani Kərimdən Nur surəsi 35-ci ayədə bildirilən “Allah göylərin və yerin nurudur” ayəsini misal gətirərək qarşıda hər kəsi ümid dolu günlər gözlədiyini bildirib. O həmçinin təbrik mesajında müsəlmanların bir çox sahələrdə üstünlüklərini qeyd edərək koronavirus əleyhinə istehsal olunan dərmanların hazırlanmasında da rollarının böyük olduğuna diqqət çəkib.  
ABŞ prezidenti ölkəsində yaşayan müsəlmanların inancını qorxu içərisində yaşamamalı olduğunu bildirib.
Bayden həmçinin Çində Uyğur türklərinin, Myanmada isə arakanlı müsəlmanlarının haqlarının pozulmasına da diqqət çəkərək, onların hüquqlarının qorunması üçün mübarizə aparacağını vurğulayıb.
Sonda isə Ramazan bayramının bu il virtual qeyd ediləcəyinə diqqəti yönəldərək növbəti il bu təbrikləri üz-üzə qeyd edəcəklərini ümid etdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top