"Qarabağa "İsgəndər-M" raketlərinin atılmasını Putinlə müzakirə etmişəm..." - Prezident AÇIQLADI

“Aprelin 1-də rusiyalı həmkarım Vladimir Putinlə telefon danışığım oldu. Adətən bildiyiniz kimi, telefon danışıqlarının məzmunu tərəflər arasında razılaşdırılır, birgə, razılaşdırılmış informasiya yayılır. Lakin mən Azərbaycan xalqından heç nəyi gizlətmirəm və hesab edirəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir. Biz bu məsələni müzakirə etmişik. Mənim göstərişimlə aprel ayının 4-də Azərbaycan Müdafiə Nazirliyi fotolarla, videolarla və digər materiallarla birlikdə Rusiyanın Müdafiə Nazirliyinə rəsmi məktub göndərib. Lakin biz 9 gündür heç bir cavab almamışıq. Azərbaycan bir qrup jurnalisti bu məsələ ilə bağlı Rusiya Federasiyasının Bakıdakı səfirliyinə açıq məktub ünvanlayıb. Cavabyoxdur”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında bildirib.
Rəsmi Yerevanın raketlər barədə bəyanatını qəribə adlandıran İlham Əliyev deyib: “Onlar gah partlamamış raketlər haqqında danışır, gah da bunun sirr olduğunu deyirlər. Deməli, hər halda istifadə olunub. Biz Ermənistandan rəsmi cavab gözləyirik. Deyə bilərəm ki, bizdə yetərincə məlumat var, amma biz rəsmi açıqlama gözləyirik”.

DİGƏR XƏBƏRLƏR

Top