Kanada PUA-ların ehtiyat hissələri üçün sanksiya tətbiq etdi


Kanada Türkiyəyə İHA və SiHA-ları üçün idxal etdiyi ehtiyat hissələrinin satışını dayandıran qərar qəbul edib.
Yeniavaz.com “Sözcü”yə istinadən xəbər verir ki, bu barədə Kanada xarici işlər naziri Mark Qarneau məlumat verib. Onun sözlərinə görə, qərara səbəb Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının Azərbaycanın ərazini bütövlüyünün təmin edildiyi 44 günlük müharibə vaxtı istifadə edilməsi olub.
Qeyd edək ki, eyni qərar ötən ilin oktyabr ayında Kanada tərəfindən bir dəfə qəbul edilmişdi, ancaq bu günə qədər həyata keçirilməmişdi.
Sözügedən məsələ ilə bağlı ötən ilin oktyabr ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da mövqeyini bildirərək həmin hissələrin artıq Türkiyə tərəfindən istehsal olunduğunu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top