
Ermənistanda silahlı qüvvələrin baş qərargah rəisinə yeni müavin təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb. Bildirilib ki, Arşak Karapetyan Ermənistan silahlı qüvvələrin baş qərargah rəisinin birinci müavini təyin edilib.
Qeyd edək ki, Arşak Karapetyan uzun müddət Ermənistanın baş naziri Nikol Paşinyanın müşaviri kimi fəaliyyət göstərib. 6 aprel tarixində həmin vəzifədən azad edilmişdi.