İran Natanz nüvə obyektindəki partlayışa görə İsraildən qisas alacağını açıqladı


İranın Natanz nüvə obyektində partlayış baş verib.
Yeniavaz.com
“İRNA” agentliyinə istinadən xəbər verir ki, ötən gün səhər saatlarında İranın İsfahan vilayətində yerləşən Natanz Nüvə Zavodunda partlayış baş verib. İran hökumət həmin hadisədə İsrailin əlinin olduğunu açıqlayıb.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, İsrail rəsmiləri ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların qaldırılmasını açıq şəklidə istəmir.
Zərifin sözlərinə görə, sonuncu hadisə İranın ABŞ-la sanksiyaları qaldırmaq üçün danışıqlar apardığı vaxtda baş verməsi də bunun göstəricisidir.
Qeyd edək ki, araşdırmalardan sonra İran Atom Enerjisi Agentliyinin sədri Əli Əkbər Salihi hadisənin terror aktı olduğunu elan edib.

DİGƏR XƏBƏRLƏR

Top