Aprel döyüşləri və İkinci Qarabağ Müharibəsinin qəhrəmanının köməyə ehtiyacı var


Aprel döyüşləri və Vətən müharibəsi qəhrəmanı yaralı qazimizin sağlamlığına qovuşması üçün köməyə ehtiyacı var. 

Yeniavaz.com xəbər verir ki, torpaqlarımızı düşmən tapdağından azad edərkən yaralanan, kontuziya alan, sağlamlığını itirən oğullarımızdan biri də Mingəçevirdə yataqxanada yaşayan, atasını itirmiş bir ailənin 24 yaşlı övladı Salmanov Bayram Azər oğludur.
Bayram həm Aprel döyüşlərin, həm də İkinci Qarabağ müharibəsinin qəhrəmanıdır. Müharibə vaxtı səhhətində problem yaransa da Bayram yenə vətəninin müdafiəsinə hər an hazır olduğunu deyir. Onlar imkansız tək ananın iki övladıdır. Ana yataqxana şəriatində iki övladını imkansız bir vəziyyətdə böyüdüb. Bu gün də ailənin köməyə çox böyük ehtiyacı var. Gənc döyüşçümüzün səhhətindəki problem o qədər ürək ağrıdıcıdır ki, onun yaralı bədənində bu qədər geniş bir ürək olduğuna heyran qalırsan. O, müharibədə nitqində yaranan qüsura görə çətinlik çəksə də yenə bizimlə danışdı.
Qeyd edək ki, Bayram həm kəllə-beyin travması alıb, həm də ayağından yaralanıb. Hazırda çəliklə güclə də olsa yeriyə bilir. Danışdıqlarını həyəcansız dinləmək çox çətindir. Bayram 2015-ci ildə hərbi xidmətə yollanıb. Kəşfiyyatçıdır. 2016-cı il Aprel döyüşlərində böyük qəhrəmanlıq göstərib. 2017-ci ildə hərbi xidmətdən qayıdıb. 2020-ci ilin sentyabrında vətənpərvər kimi orduya könüllü yazılıb. Oktyabırın 3-dən kəşfiyyatçı kimi  döyüşlərdə iştirak edib. Füzuli bölgəsindən Hadruta, Şuşaya qədər döyüşüb. Noyabrın 1-də gecə saat birdə ayağından yaralanıb və komaya düşərək kliniki ölüm keçirib. Qospitala aparılanda yolda maşında ayılıb. Bir müddət müalicə aldıqdan sonra yenidən döyüş bölgəsinə qayıdıb. Bu dəfə isə yaxınlığında minamyot partlayıb və o, torpağın altında qalıb. Bayram torpağın altından çıxanda yoldaşları gözlərinə inanmayıblar. Bundan sonrasını Bayram üçün danışmaq çətin olsa da özü video vasitəsi ilə danışdı.
Qeyd edək ki, müharibə bitəndən sonra Bayram yaralı halda, qəhrəman döyüşçü kimi evinə dönüb.
Bayramın sağlamlığına qovuşması üçün imkanlı şəxslərin köməyinə ehtiyac var. Həm də ailə çox imkansız vəziyyətdə yaşayır. Anası Cəmilə xanım deyir ki, Bayramın sinir sistemində yaranan problemə görə çox psixoloji sarsıntı keçirir. Onu tək qoymaq mümkün deyil. Ona görə də ana heç bir yerdə işləyə bilmir. Bayramın beynində və gözlərində yaranan problemi aradan qaldırmaq üçün ona güclü müalicə lazımdır. Buna da ailənin imkanı çatmır.
Xahiş edirik ki, ailəyə kömək etmək istəyənlər bu nömrə ilə əlaqə saxlasınlar: 0505527737

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top