Gürcüstan parlamentində Qarabağ məsələsi müzakirə edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gücüstanın “1tv.ge” saytı məlumat verib. Xəbərdə bildirilir ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri Müdafiə və Təhlükəsizlik Komitəsinin iclasında deputatları məlumatlandıracaq. Təhlükəsizlik Xidməti komitə iclasında Qarabağdakı mövcud vəziyyətlə bağlı öz mövqeyini ortaya qoyacaq. Həmçinin iclasda son günlər Ukraynada baş verən məsələlərə də toxunulacaq.