DİN-dən #nəfəsalaq kampaniyası ilə bağlı AÇIQLAMA


"Vətəndaşlarımız tibbi maskalardan istifadə ilə bağlı müəyyən edilən normalar daxilində açıq və qapalı ictimai yerlərdə düzgün istifadə etməlidirlər".
Yeniavaz.com
modern.az-a istinadla xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib. O bildirib ki, hər bir vətəndaş Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən izolyasiya qaydalarına əməl etməlidir:
"Bu tək özünün yox, eləcə də digər vətəndaşların həyat və sağlamlığı üçün zəruri şərtlərdəndir.
O ki qaldı, vətəndaşın tibbi maska ilə bağlı ani olaraq yaranan probleminə, insanlar bunu əvvəlcədən nəzərə almalıdırlar. Tibbi maska normal və qaydasında olmalıdır ki, istifadə ilə bağlı hər hansı inzibati xəta tərkibi yaradan hal aşkarlanmasın. Bütün hallarda polis və Daxili İşlər Nazirliyinin hərbi qulluçuları tərəfindən respublika ərazisində xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq gücləndirilmiş qaydada nəzarət-profilaktik tədbirləri davam etdirilir".
Sosial şəbəkə istifadəçiləri tərəfindən trendə çeviriliən #açıqhavadanəfəsalaq kampaniyasına gəlincə, qurum rəsmisi deyib ki, tibbi maskalardan istifadə edilib-edilməməsilə bağlı normaları Daxili İşlər Nazirliyi müəyyənləşdirmir:
"Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar var və polis onun  yerinə yetirilməsinə nəzarəti həyata keçirir".

DİGƏR XƏBƏRLƏR

Top