Gömrükdən büdcəyə nə qədər pul köçürüldüyü məlum oldu – SON RƏQƏMLƏR


Bu ilin mart ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxil edilən vəsait ötən ilin analoji dövrü ilə müqayisədə 6,8% və ya 22 miyon 48 min manat artaraq 350 milyon 135,2 min manata çatıb. 
Yeniavaz.com Dövlət Gömrük Komitəsindən verilən məlumatlara istinadən bildirir ki, bu ilin fevral ayı ilə müqayisədə isə gömrükdən büdcəyə daxil olan vəsaitlər mart ayında 40 milyon manat artıb.
Son bir ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 101 milyon 893,8 min manat, əlavə dəyər vergisi üzrə 228 milyon 330,5 min manat, aksizlər üzrə 15 milyon 460,4 min manat, yol vergisi üzrə isə 4 milyon 450,5 manat olub.

DİGƏR XƏBƏRLƏR

Top