Mingəçevirdə şəhidin adına bulaq istifadəyə verilib - FOTO


İkinci Qarabağ müharibəsinin döyüşlərində şücaət göstərmiş və qəhrəmancasına şəhid olmuş Mingəçevirdən olan 22 yaşlı İbrahimov Elmar Nəriman oğlunun xatirəsinə ehsan bulağının açılış məraisimi olub.
Yeniavaz.com xəbər verir ki, mərasimdə şəhidin yaxınları,qonşuları və Mingəçevir Dövlət Universitetinin yeni yaranmış “Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi”nin (TVİM) bir qrup üzvü iştirak edib. Açılışda şəhidin dayısı çıxış edərək bildirib ki, Elmar tək ananın yeganə övladı olub:
“Bu gün ananın  həyətinin qarşısında Elmarın xatirə bulağının olması ana üçün az da olsa təsəlli olar. Şəhidlərimiz qanları bahasına bizim qürurumuzu qaldırdılar. Bizim borcumuzdur ki, bütün şəhidlərimizi hər gün ziyarət edək”.
Açılışda qonşular və şəhidin ən çox sevdiyi balaca dostları onun ruhuna dualar oxuyub, şeirlər söyləyiblər. “Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi”nin (TVİM) bir qrup tələbəsi də vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Allah rəhmət eləsin!


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top