Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinə Ukraynanın şərqində baş verən münaqişənin böyüməsi ilə əlaqədar görüşmək üçün müraciət edib.
Yeniavaz.com “RBC”ya istinadən xəbər verir ki, iki ölkə prezidenti arasında danışıqlar məsələsi açıq qalıb. Rusiyalı həmkarı Zelenskiyə hələ ki, görüşlə bağlı cavab verməyib.
Qeyd edək ki, Rusiya tərəfindən Kremlin sözçüsü Dmitri Peskov məsələyə münasibət bildirib. Peskov qeyd edib ki, Ukrayna prezidentindən Rusiya prezidentilə görüşməklə bağlı heç bir müraciət daxil olmayıb.