Lukaşenko Azərbaycana gəlib - YENİLƏNİB


Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana gəlib.
Yeniavaz.com
 "BelTa"ya istinadən xəbər verir ki, Belarus liderini gətirən təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.
Hava limanında Prezident Lukaşenkonu Belarus və Azərbaycan rəsmilərindən ibarət nümayəndə heyəti qarşılayıb.


***13:23
Belarus dövlət başçısı Aleksandr Lukaşenko 13 apreldə Azərbaycana rəsmi səfərə gəlir.
Yeniavaz.com
“BelTa”ya istinadən xəbər verir ki, səfər iki günlük nəzərdə tutulub. Səfər çərçivəsində prezidentlər iki dəfə görüşəcək. Görüşlərdən biri Belarus liderinin Bakıya gəlişindən dərhal sonra baş tutacaq. Qeyri-rəsmi atmosferdə həyata keçiriləcək görüşdə Belarus-Azərbaycan münasibətlərinin əsas istiqamətləri və ikitərəfli əməkdaşlığın strateji məsələləri müzakirə ediləcək.
Tərəflər arasında sənaye kooperasiya, qida istehsalı və təchizatı, kənd təsərrüfatı məhsullarının emalı sahəsində cari və gələcək layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq. Bundan başqa səhiyyə, elmi-texniki, təhsil və turizm sahələrində əməkdaşlığa dair məsələlər də danışılacaq.

DİGƏR XƏBƏRLƏR

Top