"Sinovac"la bağlı Çindən etiraf


Çində koronavirus əleyhinə istehsal olunan peyvəndlərin qoruyuculuq qabiliyyətinin yüksək olmadığı etiraf olunub.
Yeniavaz.comSouth China Morning Post”a istinadən xəbər verir ki, bu barədə Çin Xəstəliklərə Nazərət və Qarşısının Alınması Mərkəzlərinin rəhbəri Qao Fu məlumat verib. Bu koronavirus peyvəndləri ilə bağlı çinli rəsmilər tərəfindən verilən ilk açıqlama olub.
Məsələyə çinli peyvənd mütəxəssisi Tao Lina da münasibət bildirib. O qeyd edib ki, “Sinovac” kimi inaktiv virus metodu ilə iki dozalıq peyvənd vurduranlar bir dozalıq mRNA peyvəndi vurdurmalı olacaq. O həmçinin bildirib ki, hər şeyə rəğmən peyvəndlənmə davam etdirilməli, mükəmməl peyvəndin istehsal olunacağı gözlənilməməlidir.

DİGƏR XƏBƏRLƏR

Top