Səhhətinə görə Türkiyəyə gedən Vahid Əhmədovla bağlı YENİ XƏBƏR


Hazırda Türkiyədə müalicə alan Milli Məclisin deputatı Vahid Əhmədovun səhhəti normaldır.

Yeniavaz.com xəbər verir ki, bu barədə Modern.az-a deputat özü bildirib.
Parlamentari hazırda müalicə prosesinin davam etdirildiyini deyib: “Yaxşıyam, müalicə gedir. Mənə görə narahat olan hər kəsə salamlarımı çatdırın”.
V.Əhmədov müalicə başa çatdıqdan sonra Azərbaycana qayıdacağını deyib.
Qeyd edək ki, V.Əhmədov aprelin 5-də səhhətində yaranmış problemlə bağlı Türkiyəyə gedib.

DİGƏR XƏBƏRLƏR

Top