Vətən müharibəsində şücaət göstərən həkim koronavirusdan vəfat etdi - FOTO

Azərbaycanda həkim koronavirusdan vəfat edib. 

Yeniavaz.com Oxu.az-a istinadən xəbər verir ki,Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkimi Sevda İsmayılova ötən gün koronavirusdan vəfat edib.

Məlumatı Elmi-Tədqiqat Kardiologiya İnstitutundan təsdiq ediblər.

Xatırladaq ki, S.İsmayılova 44 günlük Vətən müharibəsi dövründə yaralı əsgərlərin müayinə və müalicəsində, eləcə də COVID-19 infeksiyasına qarşı aparılan mübarizədə fəal iştirak edən tibb işçilərindən olub.

DİGƏR XƏBƏRLƏR

Top