Qaqik Çarukyanın oğluna dəbdəbəli toy etməsi Ermənistanı qarışdırdı - VİDEO


Ermənistanın aparıcı siyası partiyalarından birinin - "Çiçəklənən Ermənistan" partiyasının rəhbəri Qaqik Çarukyanın 21 yaşlı oğlu Nver Çarukyana dəbdəbəli toy etməsi ölkədə ciddi narazılığa səbəb olub. 
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, "Çiçəklənən Ermənistan" partiyası Nikol Paşinyanın rəhbərlik etdiyi iqtidar partiyasından sonra Ermənistan Parlamentində ən çox millət vəkili olan ikinci partiyadır. Qaqik Çarukyanın eyni zamanda ölkənin ən varlı şəxslərindən biri hesab olunur. 
Çarukyanın 21 yaşlı oğlu Rusiyalı iş adamı Buzand Avetisyanın qızı Arpi Avetisyanla evlənib.
Ölkədə koronavirus pandemiyasının yayılmasına baxmayaraq toy geniş miqyasda qeyd olunub. Toya Ermənistan və Rusiyadan məşhur qonaqlar dəvət olunub.
Ermənistan mətbuatı yazır ki, müharibədən yeni çıxmış ölkədə partiya sədrinin bu cür dəbdəbəli toy etməsi xalqa qarşı hörmətsizlikdir. 

 

DİGƏR XƏBƏRLƏR

Top