Mingəçevirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib


Mingəçevirdə “Dəli Kür” restoranının yaxınlığında ağır yol qəzası olub. 

Yeniavaz.com xəbər verir ki, idarəetmədən çıxan motosiklet yol kənarındakı dirəyə çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsini idarə edən, 1975-ci il təvəllüdlü Nehmətov Arif Səməndər oğlu aldığı xəsarətdən ölüb. 
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir

 

DİGƏR XƏBƏRLƏR

Top