Erməni millət vəkili: “Mən İrəvanda Polad Həşimov küçəsində yaşayıram” - FOTO


“Google Maps”də İrəvanda yerləşən iki küçəyə Polad Həşimov və Elşad Məmmədovun adları verilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Çiçəklənən Ermənistan” parlament fraksiyasının üzvü Naira Zoqrabyan öz "Facebook" səhifəsində məlumat verib. O, “mən hazırda İrəvanda Polad Həşimov küçəsində yaşayıram. Siz hələ də türklərlə sülhü təbliğ edin"-deyə vurğulayıb.
Xatırladaq ki, Polad Həşimov və Elşad Məmmədov 2020-ci ilin iyulunda Tovuz döyüşlərində şəhid olublar.

DİGƏR XƏBƏRLƏR

Top