Binəqədi və Biləcəridə 5 gündür kəsilən su nə vaxt bərpa ediləcək? – "Azərsu"dan AÇIQLAMA


Bakı şəhər Binəqədi rayonunun Biləcəri qəsəbəsində 5 gündür su kəsilib.
Bu barədə Yeniavaz.com-a qəsəbənin 1 May yaşayış massivinin sakinləri məlumat veriblər. Onlar iddia edirlər ki, problemin səbəbi və həlli ilə bağlı aparılan iş barəsində məlumat almaq üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Qaynar xətti ilə əlaqə saxlamağa çalışsalar da zənglərinə cavab verən olmayıb.
Məsələ ilə bağlı “Azərsu”dan Yeniavaz.com-a bildirildi ki, problem təzyiqlə əlaqədardır: "Binəqədi və Biləcəri qəsəbələrində artıq bir neçə gündür təzyiqlə əlaqədar su kəsilib, həmin ərazidə təzyiq aşağıdır. Axşam saat 7-8-ə qədər suyun verilməsi bərpa olunacaq, bu daha tez də ola bilər. Bu istiqamətdə çalışma gedir”.

DİGƏR XƏBƏRLƏR

Top