Mingəçevirdə piyadalara qarşı reyd keçirilib


Mingəçevir Şəhər Polis şöbəsinin Dövlət Yol Polisi bölməsi növbəti dəfə piyadalara qarşı proflaktiki reyd keçirib.

Yeniavaz.com xəbər verir ki, reyd şəhərin piyada axınının intensiv olduğu küçə və prospektlərdə təşkil olunub. 
Reyd zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq, onlarla maarifləndirici söhbətlər aparılıb.Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Polis əməkdaşlarının etdikləri xəbərdarlıqlara baxmayaraq yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər isə saxlanılaraq, barələrində inzibati protokol tərtib olunub.
Həmçinin, reyddə tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlər də aşkarlanıb ki, karantin qaydaları bir daha onlara izah olunub və tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin zəruriliyi bildirilib.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top