Hindistanda koronavius xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, yanğında 4 nəfər ölüb, xeyli sayda insan müxtəlif dərəcəli yanğın xəsarəti alıb.
Yanğının xəstəxanın 2-ci mərtəbəsində yerləşən reanimasiya şöbəsində baş verdiyi bildirilib. 27 xəstənin təxliyə edildiyi açıqlanıb.
Hadisə ilə bağlı istintaq işi başladılıb.