Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin əməkdaşı Lilit Gozalyan Azərbaycan Milli Məclisinin deputatı Tural Gəncəliyevi hədələyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə T.Gəncəliyev özünün “Facebook” hesabında bildirib.
Deputat qeyd edib ki, L.Gozalyan onu həbsxanada başını kəsməklə hədələyir.
“Ermənistanın uzun illərdir yaratdığı Azərbaycanafobiya və etnik nifrətin bariz nümunəsi olan davranışa görə həmin şəxsin tutduğu vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılması labüddür”, - deyə T.Gəncəliyev əlavə edib.