ABŞ-la İran arasında sanksiyalarla bağlı onlayn görüşlər keçirilib


"Əgər İran, 2017-ci ildən tətbiq olunan bütün sanksiyaların ləğv edilməsi ilə bağlı tələbkar mövqeyini davam etdirsə, əks təqdirdə razılaşma olmayacağını bəyan etsə, ciddi anlaşmazlıq olacaq".
Yeniavaz.com
Anadolu Agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ Xarici İşlər Nazirliyinin rəsmisi Vyanada onlayn şəkildə təşkil olunmuş telekonfrans zamanı deyib. O, Vyanadakı görüşlərdə xeyli məsafə qət etdiklərini, amma bunun kifayət etmədiyini bildirib. 
Xatırladaq ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif öz tvitter səhifəsində məsələyə münasibətini bildirmişdi. O, keçmiş ABŞ lideri Donald Trampın vaxtında tətbiq olunan sanksiyaların İranla əldə edilmiş nüvə razılaşmasına zidd olduğunu və istisnasız, bütün sanksiyaların ləğv edilməli olduğunu müdafiə etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top