"Alibaba" 2,78 milyard dollar cərimələndi


Çin Dövlət Bazar Nəzarəti İdarəsi "Alibaba" şirkətini 18,22 milyard yuan (2,78 milyard dollar) məbləğində cərimələyib.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İdarənin açıqlamasında deyilib.

Bildirilir ki, bu qərar şirkət tərəfindən inhisar haqqında qanunun pozulmasına görə verilib.

Sənəddə qeyd edilib ki, istintaq əsasında "Alibaba" şirkətinin istehlakçını öz xidmətlərindən "seçim etmədən" istifadə etməyə məcbur edən siyasət apardığı təsdiq olunub: "Bu, Çin elektron ticarət bazarının rəqabət mühitinə mənfi təsir göstərib".

DİGƏR XƏBƏRLƏR

Top