Astara rayonunda yol qəzası olub.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hadisə rayonun Siyəkü kəndində baş verib.
Belə ki, mişar daşı ilə dolu olan “KamAZ” markalı yük maşınının sürücüsü, rayonun Vaqo kənd sakini, 1964-cü il təvəllüdlü Sahil Səfərəli oğlu Vəliyev yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə yük maşını aşıb, bortda olan şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.