“Accessbank” QSC tanınmış iş adamlarından olan "Dəmirli Yol Tikinti” MMC-nin sahibi Allahverdi Dəmirov və onun ailə üzvlərinə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iclası bu gün – 9 aprel tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın sədrliyilə baş tutacaq.
Məlumat üçün bildirək ki, Allahverdi Dəmirov barəsində bugünə kimi mətbuatda qalmaqqalı məlumatlar yayılıb. Allahverdi Dəmirov vaxtı ilə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi olub. 2011-ci ildə həmin vəzifədən çıxarılıb. 2009-cu ildə “Əməkdar mühəndis” fəxri adı alıb.
Allahverdi Dəmirovun ləğv edilən MTN-də fəaliyyət göstərmiş mütəşəkkil cinayətkar qruplaşma tərəfindən saxlanıldığı və silah qaçaqmalçılığında ittiham olunaraq təhdid olunduğu barədə məlumatlar da mətbuatda geniş yer alıb.
Allahverdi Dəmirovun adı 1 fevral 2016-cı ildə “Texnikabank” ASC-nin ləğv olunmasından 20 gün əvvəl səhmdarların yeni strukturunda keçir. Belə ki, 13 yanvar 2016-cı ildə yayılan məlumatda qeyd olunub ki, bank səhmlərinin 4,9%-i Allahverdi Huseyn oğlu Dəmirova məxsus olub.
Onu da bildirək ki, uzun illərdi mətbuatda Allahverdi Dəmirovun keçmiş Təhsil naziri Misir Mərdanovun xalası oğlu olduğu barədə çoxsaylı məlumatlar yayılıb.
2014-cü ildə Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasının direktoru vəzifəsindən azad olunan Novruz Dəmirovun da Allahverdi Dəmirovun qardaşı olduğu bidirilir.
A. Cəfərov