Azərbaycan beynəlxalq “Coğrafiya Gecəsi”nə “Qarabağ Azərbaycandır” şüarı ilə qoşulur – FOTO


Azərbaycan coğrafiyaçıları artıq beynəlxalq bir ənənəyə çevrilən və dünyanın bir çox ölkəsinin qoşulduğu “Coğrafiya Gecəsi”nə (GeoNight) “Karabakh is Azerbaijan” (Qarabağ Azərbaycandır) şüarı ilə qoşulur.
Yeniavaz.com
xəbər verir ki, şüar, EUGEO (Avropada  Coğrafi Cəmiyyətlər Birliyi) və IGU (Beynəlxalq Coğrafiya Birliyi) tərəfindən təşkil edilən beynəlxalq "Coğrafiya Gecəsi"nin rəsmi ssaytında Azərbaycan üçün ayrılmış səhifədə əks olunub.

Qeyd edək ki, “GeoNight” təşəbbüsü ilk dəfə 2017-ci ildə CNFG (Fransız Milli Coğrafi Komitəsi) tərəfindən təklif edilib və ölkələrin coğrafiyasına, coğrafiyaşünaslarına diqqəti cəlb etmək məqsədi daşıyır. Layihə ayrı-ayrı ölkələrin, təşkilatların apardığı araşdırmaları, coğrafi tədqiqatları geniş kütlələr üçün daha əlçatan etmək imkanı yaradır. 
Bu il beynəlxalq "Coğrafiya Gecəsi" 9 apreldə onlayn qaydada keçiriləcək. Tədbirdə tələbələrin və gənc coğrafiyaşünasların Azərbaycanın məşhur coğrafiyaşünasları və coğrafiya kitablarının müəllifləri ilə görüşü olacaq.

DİGƏR XƏBƏRLƏR

Top