Bu görüntülər İtaliya-Türkiyə arasında böhrana səbəb oldu, səfir XİN-ə çağırıldı - VİDEO


İtaliyanın Ankaradakı səfiri Massimo Qayani Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Səfirin XİN-ə çağırılma səbəbi İtaliyanın baş naziri Mario Draqinin Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğana qarşı sərt ifadələr işlətməsi olub. Belə ki, Draqi bir neçə gün əvvəl Ərdoğanla Aİ rəsmilərinin görüşündə Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin kənarda əyləşdirilməsini sərt tənqid edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da tviterdə açıqlama verərək, “Prezidentimiz haqqında etdiyi çirkin və amansız ifadələri şiddətlə qınayırıq və bunları özünə qaytarırıq" - deyə bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top