Xalq artisti, rejissor Eldar Quliyev yenidən xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, səhhəti pisləşən Xalq artisti bir neçə gün əvvəl “MediClub” klinikasına yerləşdirilib.
Hazırda onun müalicəsi reanimasiyada davam etdirilir.
Qeyd edək ki, rejissor yanvarın 18-də xəstəxanaya yerləşdirilmişdi. O, martın əvvəlində evə buraxılıb.