Volkan Bozkır Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib - FOTO


BMT Baş Assambleyasının sədri Volkan Bozkır Azərbaycana səfəri çərçivəsində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub.

Yeniavaz.com xəbər verir ki, qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, abidəsi önünə çiçək dəstələri düzüblər.

Daha sonra Şəhidlər Xiyabanında “Əbədi məşəl” kompleksinə və şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulub.

DİGƏR XƏBƏRLƏR

Top