İngiltərə azərbaycanlı hərbçini mükafatlandırdı - FOTO


Azərbaycan Ordusunun Zabiti Murtuz Zeynalov “Sandhurst” Kral Hərbi Akademiyasında təhsilini fərqlənmə ilə başa vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin tviter hesabında məlumat verilib. Bildirilib ki, Zabit Zeynalov beynəlxalq kursant kimi xüsusi xidmət göstərdiyinə görə “Hodson’s Horse Award” Mükafatına layiq görülüb. Məlumatda həmçinin qeyd olunub ki, İngiltərə Azərbaycanın və bölgənin Silahlı Qüvvələrinin heyətini Britaniyalı həmkarları ilə birlikdə peşəkar hərbi təlimlərdə iştirak etməyə dəvət edir.

DİGƏR XƏBƏRLƏR

Top