Ermənistanda Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilir.
Yeniavaz.com “Sputnik Armenia”ya istinadla xəbər verir ki, aksiya müharibədə itkin düşənlərin valideynləri tərəfindən başladılıb. Daha sonra həmin etirazlara əsirlikdə olan döyüşçülərin valideynləri də qoşulub. Hazırda bina xüsusi mühafizə orqanları tərəfindən ciddi şəkildə qorunur. Etirazçılar isə binanı mühasirədə saxlayırlar. Polis aksiyanı dağıtmaq üçün danışıqlar aparır.