Buseyn Şaban: Bizə ən böyük maneəni törədən qərb mətbuatıdır


Suriya Dövlət Başçısı Bəşər Əsədin məsləhətçisi Buseyn Şaban, “Suriyadakı problemlərin həll olunmasında bizə ən böyük maneəni törədən Qərb mətbuatıdır” deyib. “Yeniavaz.az” Türkiyə məybuatına istinadən xəbər verir ki, Şaban, Qərb mətbuatının Suriyadakı hadisələrə Qətərin “Al Jazeera” televiziya kanalının gözündən baxdığını iddia edir. Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu tərəfindən təşkil olunan konfransda açıqlama verən Şaban, “Qərb mətbuatı həmişə “Al Jazeera” televiziya kanalının xəbərlərinə etimad edib və bu istiqamətdə müxbirlərini geri çəkib”-deyə danışıb.
Şaban, terroristlərin Suriyada 300-dən çox məktəbi məhv etdiyini ancaq heçkimin bunu araşdırmadığını da vurğulayıb.

Gülarə Kərimova

DİGƏR XƏBƏRLƏR

Top