Daha 7 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi – SİYAHI


9 aprel 2021-ci ildən etibarən Rusiyaya 7 Azərbaycan müəssisəsindən pomidor idxalına icazə verilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) rəsmi saytında məlumat paylaşılıb. Qərar birgə video müayinələr zamanı seçilmiş məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra verilib. İxraca icazə verilənlər “AGRO AZ”, “ABSHERON AGRO 2020”, “Ecofood” ,“A-K Qrup”, “Qızılnour” şirkətləri, eləcə də fərdi sahibkarlar Taleh Eyvazov və Göyçə Süleymanovadır.
Qeyd edək ki, qərarda həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin də zəmanəti olub.

DİGƏR XƏBƏRLƏR

Top