Daha bir tender oyunu: Bu dəfə 2 aylıq şirkətə 61 min manat ayrıldı – TƏFƏRRÜAT


Azərbaycan Milli Aerokosmik Agentliyinin T.İsmayılov adına Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Class MRV” MMC (VÖEN: 1102335441) olub.
Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu cari təmir və abadlıq işləri üçün “Class MRV” MMC-yə 60 min 799 manat ödəyəcək. MMC mart ayının 16-sı tarixindən etibarən işlərin icrasına başlayıb. 
Məlumat üçün qeyd edək ki, 61 min manatlıq tenderin qalibi olan “Class MRV” MMC müsabiqə elanından cəmi  ay yarım əvvəl – 22.01.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 30 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri Qaradağ rayonu, Lökbatan ŞTQ, Seymur Orucov pr., ev. 1, m. 11”-də yerləşir. “Class MRV” MMC-nin qanuni təmsilçisi  Vəliyev Musa Ruslan oğludur.
Bir həftə ərzində eyni ünvanda və eyni nizamnamə kapitalı ilə qanuni təmsilçisi Vəliyev Musa Ruslan oğlu olan daha 2 şirkət - “ZIPPY” MMC və “MONORRO” MMC də dövlət qeydiyyatına alınıb.
Maraqlı məqamlardan biri də odur ki, son bir neçə ay ərzində “Class MRV” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub.
“Bakı şəhəri Qaradağ rayonu, Lökbatan ŞTQ, Seymur Orucov pr., ev. 1, m. 11” ünvanında dövlət qeydiyyatına alınan şirkətlərin bəziləri bunlar olub:
Adı Ünvan Nizamnamə kapitalı Qanuni
təmsilçi
Qeydiyyat
tarixi
"RELISH" Seymur Orucov pr., ev. 1 20 manat RƏHİMOV NOVRUZ MƏHƏMMƏD 13 Avqust 2020
"CHEERFUL" Seymur Orucov pr., ev. 1 30 manat RƏHİMOV NOVRUZ MƏHƏMMƏD 13 Avqust 2020
"ULITMATE" Seymur Orucov pr., ev. 1 30 manat MƏMMƏDOV AĞAŞƏRİF VİLAYƏT 13 Avqust 2020
"PURSUE" Seymur Orucov pr., ev. 1 20 manat MƏMMƏDOV AĞAŞƏRİF VİLAYƏT 17 Avqust 2020
"TRUSTME" Seymur Orucov pr., ev. 1 30 manat ƏLƏKBƏROV AZƏR HİKMƏT 31 Avqust 2020
"AIM AZ" Seymur Orucov pr., ev. 1 30 manat ƏLƏKBƏROV AZƏR HİKMƏT 1 Sentyabr 2020
"SUPPORT QROUP" Seymur Orucov pr., ev. 1 30 manat ƏHƏDOV GÜLAĞA SƏMƏDAĞA 9 Sentyabr 2020
"LEISURE" Seymur Orucov pr., ev. 1 20 manat HƏSƏNZADƏ RÜFƏT ELMAN 9 Sentyabr 2020
"FORMIDABLE" Seymur Orucov pr., ev. 1 30 manat HƏSƏNZADƏ RÜFƏT ELMAN 10 Sentyabr 2020
"BRILLIANTAZ" Seymur Orucov pr., ev. 1 30 manat NƏZƏROV MÜBARİZ İBRAHİM 10 Sentyabr 2020
"STRAIGHT" Seymur Orucov pr., ev. 1 30 manat NƏZƏROV MÜBARİZ İBRAHİM 11 Sentyabr 2020
"AYKON TT LTD" Seymur Orucov pr., ev. 1 20 manat QULUYEV ORXAN KAMAL 14 Sentyabr 2020
"SINCERE" Seymur Orucov pr., ev. 1 30 manat QULUYEV ORXAN KAMAL 17 Sentyabr 2020
"SUMA-A.A" Seymur Orucov pr., ev. 1 10 manat BAYRAMOV NADİR BAYRAM 21 Sentyabr 2020
"SANCAL-LM" Seymur Orucov pr., ev. 1 10 manat BAYRAMOV NADİR BAYRAM 21 Sentyabr 2020
"MALAY-MM" Seymur Orucov pr., ev. 1 10 manat BAYRAMOV NADİR BAYRAM 21 Sentyabr 2020
"CASACDE" Seymur Orucov pr., ev. 1 30 manat AĞASİYEV TEYMUR RAFİQ 17 Noyabr 2020
"ADORABLER" Seymur Orucov pr., ev. 1 30 manat AĞASİYEV TEYMUR RAFİQ 1 Dekabr 2020
"KATAMAN-2020" Seymur Orucov pr., ev. 1 20 manat BAYRAMOV ELVİN NADİR 4 Dekabr 2020
"MARCA-KO" Seymur Orucov pr., ev. 1 20 manat BAYRAMOV ELVİN NADİR 4 Dekabr 2020
"MESSI-SS" Seymur Orucov pr., ev. 1 10 manat BAYRAMOV ELVİN NADİR 4 Dekabr 2020
"FORTES-SSS" Seymur Orucov pr., ev. 1 20 manat ƏLİŞİRİNOV RAHİB KAMAL 15 Dekabr 2020
"MARINA-SSS" Seymur Orucov pr., ev. 1 20 manat ƏLİŞİRİNOV RAHİB KAMAL 15 Dekabr 2020
"HAFEX-2020" Seymur Orucov pr., ev. 1 20 manat ƏLİŞİRİNOV RAHİB KAMAL 21 Dekabr 2020
"ZIPPY" Seymur Orucov pr., ev. 1 30 manat VƏLİYEV MUSA RUSLAN 19 Yanvar 2021
"CLASS MRV" Seymur Orucov pr., ev. 1 30 manat VƏLİYEV MUSA RUSLAN 22 Yanvar 2021
"MONORRO" Seymur Orucov pr., ev. 1 30 manat VƏLİYEV MUSA RUSLAN 26 Yanvar 2021




























































Xatırladaq ki, bir-neçə ay əvvəl Azərbaycan Milli Aerokosmik Agentliyinin T.İsmayılov adına Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu daha bir tender müsabiqəsi keçirib və bu müsabiqədə “Muskat AZ Constraksen” MMC  (VÖEN: 1805012171) adlı şirkəyt qalib olub. Maraqlıdır ki, “Class MRV” MMC-də olduğu kimi “Muskat AZ Constraksen” MMC də müsabiqə elanından cəmi 2 ay əvvəl dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72”-də yerləşir. “Muskat AZ Constraksen” MMC-nin qanuni təmsilçisi Abdullayev Emin Rüstəm oğludr.
Eyni ünvanda, eyni gündə və eyni nizamnamı kapitalı ilə qanuni təmsilçisi  Abdullayev Emin Rüstəm oğlu olan daha 2 şirkət - “Semıral az Qrup” MMC və “Alben az Ltd” MMC də dövlət qeydiyyatına alınıb.
Son 8-9 ay ərzində “Muskat AZ Constraksen” MMC-nin dövlət qeydiyyatına alındığı “Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanında 122 şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub. Həmin şirkətlərin bəziləri ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz.
“Sirli ünvan”ın budəfəki “qonağı” Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu oldu – FAKTLAR
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top