Almaniyanın bu əyalətində rus peyvəndindən istifadə edilə bilər


Rusiya istehsalı olan “Sputnik-V” peyvəndi Avropa İttifaqı nəzdində fəaliyyət göstərən Avropa Dərman Agentliyi tərəfindən təsdiqləndikdən sonra Almaniyanın Bavariya əyalətində istifadəyə veriləcəyi barədə məlumat yayılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə əyalətin başçısı Markus Söder məlumat verib. O bildirib ki, artıq bu barədə Rusiya ilə razılaşma əldə olunub.
Qeyd edək ki, məsələ Almaniyada birmənalı qarşılanmayıb. Bu addım Bundestaqda sol parlament qrupunun rəhbəri Ditmar Barç tərəfindən Söderin eqosu kimi qiymətləndirilib.

DİGƏR XƏBƏRLƏR

Top