Bakı şəhəri 283 nömrəli tam orta məktəbin məzunu Reyhan Camalova qəbul olduğu ABŞ və Kanada universitetlərin adlarını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə feysbuk hesabında məlumat verib. R.Camalova bildirib ki, 7 universitetə qəbul olub. Onun qəbul olduğu universitetlər arasında Stanford, Pensilvaniya kimi məşhur universitetlər var.
Sözügedən universitetlərin siyahısını təqdim edirik:
1. STANFORD Universiteti
2. PENNSYLVANİA Universiteti - Penn Dünya Təqaüdçüsü (Penn World Scholar) kimi qəbul almışam.
3. DUKE Universiteti (Tam - illik 85,903 dollar təqaüdlə) - Martın ortasında erkən qəbul (likely letter) aldım.
4. BROWN Universiteti (Tam - illik 85,574 dollar təqaüdlə)
5. AMHERST Kolleci (Tam - illik 84,168 dollar təqaüdlə)- Martın 5-də erkən qəbul (early write) alan 200 şagirddən biri oldum.
6. TORONTO Universiteti Viktoria Kolleci, Fiziki və Riyazi Elmlər (Physical and Mathematical Sciences)
7. TORONTO Universiteti Scarborough Filialı, Co-op Menecment (Co-op Management BBA).
Qeyd edək ki, Reyhan Camalova 2017-ci ildə qurulan "Rainergy" startapının təsisçisidir. Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır və 22 vatt enerji istehsal edir. Həmçinin o, 2018-ci ildə "Forbes" jurnalının "30 yaşa qədər 30 asiyalı" siyahısına da daxil edilib. Bundan əlavə, onun adı 2018-ci ilin noyabr ayında BBC tərəfindən dərc olunan "İlin 100 qadını" siyahısına da daxil edilib.