Baş Prokuror Kamran Əliyev Vətən müharibəsində itkin düşən 25 hərbçinin ailə üzvləri ilə görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluqda görüş zamanı itkin düşən hərbi qulluqçuların ailə üzvləri ilə söhbətlər aparılıb, onların şikayətləri dinlənilib və qeydiyyata alınıb.
Məlumata görə, itkin düşən hərbi qulluqçuların ailə üzvlərinin hər biri Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.
***12:21
Vətən Müharibəsində itkin düşən hərbçilərin yaxınları Prezident Administrasiyasının qarşısında toplaşıblar.
Yeniavaz.com “Azad Söz”ə istinadla xəbər verir ki, Baş Prokuror Kamran Əliyev Prezident Administrasiyasının qarşısına gəlib və hərbçilərin yaxınlarını qəbula dəvət edib. Bu zaman onlar birgə Baş Prokurorluğun köhnə inzibati binasına gediblər.
Hərbçilərin yaxınları bildiriblər ki, K. Əliyev onları daha əvvəl də qəbul edib, lakin bunun heç bir nəticəsi olmayıb.
Qeyd edək ki, itkin düşən hərbçilərin yaxınları axtarışların lazımi səviyyədə aparılmadığını iddia edirlər. Onlar bu iddia ilə bir neçə gün əvvəl Müdafiə Nazirliyinin də qarşısında etiraz aksiyası keçirmişdilər.