Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fondun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.

DİGƏR XƏBƏRLƏR

Top