Azərbaycan-Britaniya birgə müəssisəsi ləğv olunur


“Azpetrokom Ltd” Azərbaycan-Britaniya birgə müəssisəsi (VÖEN - 1700100971) ləğv olunur. 
Yeniavaz.com xəbər verir ki, bu barədə “Vergilər” qəzetinin rəsmi saytında bildirilib.
Verilən elanda bildirilir ki, kreditorlar tələblərini iki ay ərzində Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 1 ünvanına bildirə bilərlər.
Məlumat üçün bildirək ki, “Azpetrokom Ltd” Azərbaycan-Britaniya birgə müəssisəsi 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Müəssisənin rəhbəri Dadaşev Eynulla Müslüm oğludur.

DİGƏR XƏBƏRLƏR

Top