Hacıbala Abutalıbovun həbs olunma xəbərinə özündən REAKSİYA


Uzun müddət Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və 2018-2019-cu illərdə Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbov həbs olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.


Yeniavaz.com-un xəbərinə görə, Hacıbala Abutalıbov Demokrat.az-a deyib ki, onun saxlanması ilə əlaqədar yayılan xəbərlər yalandır. 

"Bəzi jurnalistlər özündən uydurur bunu. Gördüyünüz kimi, indi sizinlə danışıramsa, deməli, həbs olunmamışam. Mənim həbs olunmağını istəyənlər ürəyi bəd olan insanlardır".

Xatırladaq ki, Qənimət Zahid "Azərbaycan saatı" verilişində Hacıbala Abutalıbovun həbs edilməsi ilə bağlı məlumat yayıb. 

DİGƏR XƏBƏRLƏR

Top