Türkiyədə koronavirusa sutkalıq yoluxma sayı 50 mini ötdü - STATİSTİKA


Türkiyədə koronavirusa sutkalıq yoluxma növbəti dəfə rekord həddə çatıb.

Türkiyənin Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində ölkədə 54 740 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.

276 nəfər həyatını itirib, 2604 xəstənin vəziyyəti isə ağırdır. Bu vaxta kimi koronavirusdan ölənlərin ümumi sayı 32 943 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top