Tovuzda müəllim və şagirdlər COVID-19-a yoluxdu, tədris dayandırıldı

Tovuz rayonunun Qovlar şəhərində İnteqrasiya Təlimi İnternat Tipli Gimnaziyanın 5 sinfi koronavirus səbəbindən bağlanıb.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, Gimnaziyanın beş müəllimi və üç şagirdi COVID-19-a yoluxub.

Bu səbəbdən tədris müəssəsinin iki 3-cü, iki 4-cü və bir 9-cu sinfi bağlanıb.

Bu siniflərin şagirdləri üçün tədris distant formada keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top