Tayvan XİN: “Çin hücum etsə, sona qədər vuruşacağıq”


Çin və Tayvan arasında vəziyyət gərginləşir.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Tayvan xarici işlər nazirliyi son günlər Çinin Tayvanın hava sərhədlərini dəfələrlə pozduğunu açıqlayıb:
“12 qırıcı da daxil olmaqla 15 Çin təyyarəsi hava sahəmizə daxil olub. Onlara xəbərdar etməsi üçün təyyarələrimiz havaya qalxıb. Çinin bölgəyə açıq şəkildə hərbi müdaxilə göstərəcəyindən narahatıq”.
Qeyd edək ki, Tayvan xarici işlər nazirliyi tərəfindən verilən açıqlamanın davamında “Çin hücum etsə sona qədər vuruşacağıq”-deyə bildirilib.
 

DİGƏR XƏBƏRLƏR

Top