Myanmada 7 etirazçı öldürüldü, çox sayda yaralı var


Myanmada qiyamçı ordu əleyhinə etirazlar davam edir.
Yeniavaz.com “reuters”ə istinadla xəbər verir ki, Myanmada təhlükəsizlik qüvvələri tərəfindən açılan atəş nəticəsində ən az 7 nəfər ölüb, çox sayda insan isə yaralanıb. Verilən məlumatlarda həmçinin qeyd edilib ki, etirazçılar ticarət paytaxtı Yanqonda Çin fabrikinə hücum edib və Çin bayrağını yandırıblar.
Xatırladaq ki, fevral ayının əvvəlindən Myanmada başlayan etirazlarda ölənlərin sayı 580-ə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top