Putin Paşinyanla görüşdü, yeni AES tikintisi və Qarabağ müzakirə edildi - VİDEO


Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutub.

Yeniavaz.com Rusiya mətbuatına istinadla xəbər verir ki, Paşinyan Qarabağ məsələsində Putinin xüsusi rolu olduğunu deyib:
“Qeyd etmək istərdim ki, Rusiya sülhməramlılarının Qarabağda mövcudluğu bölgədə sabitlik və təhlükəsizliyin əsas amilinə çevrilir”.
Paşinyan Putinlə Ermənistanda yeni bir atom elektrik stansiyasının tikilməsi məsələsini də müzakirə edib.

 

DİGƏR XƏBƏRLƏR

Top