"Burada erməni izi görürəm" - Siyavuş Novruzovdan yayılan görüntülərlə bağlı açıqlama


“Mən onun kəskin şəkildə əleyhdarıyam. Cəmil Həsənli mənimlə 10 il qonşu yaşayıb hökumət bağında. Onun övladlarını da, nəvələrini də tanıyıram”. 
Yeniavaz.com
xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov “Müsavat TV”nin efirində canlı yayım zamanı Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənliyə aid edilən görüntülərin yayılmasına münasibət bildirərkən deyib. O bildirib ki, hər nə qədər Cəmil Həsənli ilə münasibətləri kəskin formada olsa da, belə halın tərəfdarı deyil: “Onu o tərəflərdə axtarsınlar. Özlərinə yaxın tərəflərdə axtarsınlar. Yəni Azərbaycan iqtidarı, Azərbaycan hökuməti elə şey etməz, heç vaxt da etməyib. Mən burada Avropa izi görürəm, erməni izi görürəm”.
Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənliyə aid edilən görüntülər yayılıb. Günel Həsənli bu barədə açıqlama verib və hadisəni xüsusi xidmət orqanları tərəfindən ustalıqla qurulmuş əməliyyat adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top