Azərbaycanda bir milyondan çox vaksin vurulub - RƏQƏMLƏR


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 499 vaksin vurulub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27 992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 507 nəfərdir. 
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 025 790, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 639 463, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 386 327 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top