Kriminal aləm üzvü olan Natiq Binnətova hökm oxundu - Ad günü məclisində tutulmuşdu


Bakıda karantin qaydasını pozaraq ad günü məclisində toplaşdığı üçün saxlanılan, daha sonra narkotik ittihamı ilə həbs edilən şəxsə hökm oxunub.

Yeniavaz.com Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitə əldə etmə və satmaqda ittiham edilən Natiq Binnətovun məhkəməsi başa çatıb.

Məhkəmənin hökmü ilə N.Binnətov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Natiq Binnətov və daha 70-80 nəfər ötən il avqustun 17-də axşam saatlarında paytaxtın Xətai rayonunda yerləşən restoranlardan birində toplaşıblar.

Daxili İşlər Nazirliyi həmin şəxslərin cinayət törətməyə meylli bir qrup şəxs olduğunu, xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi təşkil etdiyini qeyd edib.

Əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilib.

Daxili İşlər Nazirliyinin rəsmi məlumatında qeyd edilir ki, həyata keçirilən tədbirlər nəticəsində həmin restoranda toplaşan şəxslər, o cümlədən məclisin təşkilatçısı, paytaxt sakini Natiq Binnətov, eləcə də qeyd edilən məclisin keçirilməsinə şərait yaradan restoranın rəhbərliyi və işçiləri saxlanılaraq Baş İdarəyə gətiriliblər.

Onların üzərində axtarış aparılan zaman Natiq Binnətovla yanaşı daha 4 nəfərin – Bakı şəhər sakinləri, hər biri əvvəllər məhkum olunmuş Rəşad Baladadaşov, Ruslan Abbasov, Elvin Fətullayev və Şəmkir rayon sakini Elman Məmmədovun üzərindən müxtəlif növ güclü təsiredici narkotik vasitələr aşkar olunaraq götürülüb.

DİGƏR XƏBƏRLƏR

Top